Millimiz FIBA Çempionlar Kubokunda ikinci oldu

Millimiz FIBA Çempionlar Kubokunda ikinci oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanıb.

Finalda Niderland seçməsi ilə üz-üzə gələn yığmamız 12:21 hesabı ilə məğlub olub. Millimiz daha əvvəl ABŞ-yə qarşı keçirdiyi yarımfinal matçında 22:20 hesablı qələbə qazanmışdı. 

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edib.