3x3 basketbol millimiz FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır

3x3 basketbol millimiz FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır

Qadınlardan ibarət 3x3 basketbol millimiz Taylandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır.

Olimpnews.az xəbər verir ki, B qrupunda yer alan komandamız bu gün ilk olaraq Kanada yığmasını qəbul edəcək. Oyuna Bakı vaxtı ilə saat 13:20-də start veriləcək. Millimiz günün digər oyununu isə saat 16:05-də meydan sahiblərinə qarşı keçirəcək. 

Yığmamız üçüncü oyun çərçivəsində isə sabah İspaniya komandası ilə üz-üzə gələcək.