2022-ci ildə keçiriləcək qış Olimpiya oyunlarının vaxtı dəyişdirilə bilər. Beynəlxalq Olimpiya Komitəsi (BOK) hələ təşkilatçı ölkənin müəyyənləşdirilmədiyi möhtəşəm idman yarışını 1 il sonraya təxirə salmaq barədə fikirləşir. Buna əsas səbəb isə 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatıdır. Belə ki, FİFA və mundialın ev sahibi yarışı, ənənəyə uyğun olaraq, yayda deyil, qışda təşkil etmək barədə düşünür. Əgər belə addım atılarsa, onda 2 mötəbər turnirin - Olimpiya oyunlarının və dünya çempionatının təşkili təxminən eyni vaxta təsadüf edəcək. Bu isə BOK-u qane etmir. Çünki qurum rəhbərliyi futbol yarışlarının olimpiadanı kölgədə qoya biləcəyindən ehtiyat edir. BOK bununla baglı Qətər və FİFA-nın qərarını gözləyir.
Xatırladaq ki, indiyədək heç vaxt tək illərdə olimpiada keçirilməyib.