Prezident İlham Əliyev Soçidə konkisürmə oyunlarına baxmışdır

Prezident İlham Əliyev Soçidə konkisürmə oyunlarına baxmışdır


Rusiya Federasiyasının Soçi şəhərində keçirilən və artıq tarixə qovuşan XXII Qış Olimpiya Oyunları idmanın bir çox növlərində maraqlı məqamlarla yadda qalmışdır. Soçi-2014 Qış Olimpiya oyunlarının açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 8-də kişilər arasında 5000 metr məsafəyə sürətli konkisürmə yarışlarına da baxmışlar.
Qeyd edək ki, 1998-ci ildən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan budəfəki olimpiadada idmanın dağ xizəyi və fiqurlu konkisürmə növləri üzrə dörd idmançı ilə təmsil olunmuşdur. Azərbaycan idmançılarının iştirak etdiyi beşinci Qış Olimpiya Oyunlarında kişilər arasında dağ xizəksürmə yarışlarında Azərbaycanı Patrik Braxner və Sedrik Hots, fiqurlu konkisürmə yarışlarında isə Yuliya Zlobina və Aleksey Sitnikov Azərbaycan bayrağı altında çıxış ediblər.