PSJ 14-cü dəfə Fransa çempionu oldu

PSJ 14-cü dəfə Fransa çempionu oldu

Futbol

Bugün, 10:40

Futbol üzrə Fransa Liqa 1-də çempionun adına aydınlıq gəlib.

Olimpnews.az xəbər verir ki, Liqa 1-in XXIX turundan təxirə salınmış oyunda səfərdə "Lans"a 2:0 hesabı ilə qalib gələn PSJ sona bir tur qalmış çempionluğunu rəşmiləşdirib. Matçda hesabı 29-cu dəqiqədə Kviça Kvaratsxelia, 90+3-cü dəqiqədə isə İbrahim Mbaye qolla yadda qalıb. 

Qələbə sayəsində xallarının sayını 76-ya çatdıran parislilər ən yaxın izləyicisi "Lans"ı 9 xal qabaqlayır. Bununla da, Luis Enrikenin komandası ardıcıl 5-ci, ümumilikdə isə 14-cü dəfə FRansa Liqa 1-in qalibi olur. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR