"Bakı–Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq

\"Bakı–Xankəndi\" velosiped yarışına bu gün yekun vurulacaq

Velosiped

Bugün, 08:06

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışına bu gün yekun vurulacaq.

Olimpnews.az xəbər verir ki, Tərtərdə start götürən V mərhələ Xankəndidə başa çatacaq.

Velosipedçilər Ağdam, Füzuli və Şuşadan keçməklə 181,3 kilometr məsafəni qət edəcəklər.

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın "Bardiani CSF 7 Saber" komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR