Güləşçimiz finalın bir addımlığında

Güləşçimiz finalın bir addımlığında 

Güləş

Bugün, 14:18

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatındakı ikinci görüşündə də qələbə qazanıb.

Olimpnews.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda iranlı Ali Mortaza Esmaeilini 6:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Ö.Salmanov 1/8 finalda hindistanlı Avinaş Çetakeni də eyni hesabla üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR