Dünya çempionatı: Bu gün 4 güləşçimiz medallar uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Bu gün 4 güləşçimiz medallar uğrunda mübarizə aparacaq

Güləş

Bugün, 10:00

Bakıda keçirilən U-17 güləş üzrə dünya çempionatı davaç edir.

Olimpnews.az xəbər verir ki, bu gün Azərbaycan komandasının 4 yunan-Roma güləşçisi Bakıda keçirilən U-17 dünya çempionatında medallar uğrunda mübarizə aparacaq. 

Təmsilçilərimizdən Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşacaq.

Abdurrahman Hüseynli (51 kq) də həlledici görüşdə çıxış edəcək. Onun finaldakı rəqibi Bunyod Hasanov (Özbəkistan) olacaq.

Ötən gün yarımfinalda uduzan Elmir Çərkəzov (60 kq) bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Zöhrab Səfərov (92 kq) də fəxri kürsünün üçüncü pilləsində yer almaq şansına malikdir. O, əvvəlcə təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiylə üz-üzə gələcək.

Azərbaycan yunan-Roma güləşçiləri indiyədək 3 medal qazanıblar. Ötən gün İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR