Bu gün daha dörd güləşçimiz dünya çempionatında mübarizəyə başlaycaq

Bu gün daha dörd güləşçimiz dünya çempionatında mübarizəyə başlaycaq 

Güləş

Bugün, 10:05

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir. 

Olimpnews.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışlarda bu gün qadın güləşçilər mübarizəyə başlayacaqlar. Azərbaycan millisinin dörd idmançısı da müxtəlif çəki dərəcələrində mübarizə aparacaq. 43 kq çəki dərəcəsində Vəfa Orucova 1/8 final mərhələsində Rumıniya təmsilçisi Valia Harsanla üz-üzə gələcək. Eyni mərhələdə 49 kq çəki dərəcəsində Nəzrin Əhmədli Almaniya güləşçisi Madina Bayramova ilə qarşılaşacaq.

Təsnifat mərhələsində isə 57 kq çəki dərəcəsində Qaratel Quliyeva İsveçrə idmançısı Delya Qislerlə, 65 kq çəki dərəcəsində isə Rəna Nuriyeva Meksika təmsilçisi Silviya Espinoza Munizlə qüvvəsini sınayacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR