Federasiya kubokunun qalibləri müəyyənləşib

Federasiya kubokunun qalibləri müəyyənləşib


Respublika Velotrekində çoxgünlük ötüşmə yarışları üzrə Federasiya kuboku yarışı keçirilib. 3 gün davam edən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib.
Yarışların sonunda qaliblər müəyyənləşib. 15 və 17 yaşa qədər velosipedçilər arasında İxtisaslaşdırılmış uşaq-gənclər məktəbinin nümayəndələri Qadir Mustafayev və Bakir Dadaşov, müvafiq olaraq, 23 və 24 xalla Federasiya kubokunun qalibi adını qazanıblar.
Elit, U-23 və gənclər kateqoriyasında isə "Lokomotiv” klubunu təmsil edən Tural İsgəndərov 25 xalla hamıdan güclü olub. Qaliblər federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.