Kikboksinq üzrə Azərbaycan çempionatı keçiriləcək

Kikboksinq üzrə Azərbaycan çempionatı keçiriləcək
Fevral 15-dən 17-dək kikboksinq üzrə "Narkomaniya və uşaq cinayətkarlığına qarşı” adı altında XXII Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, çempionatın keçirilməsində məqsəd 2016-cı ildə dünya, Avropa çempionatlarında, beynəlxalq və peşəkarlar arasında turnirlərdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir.

Federasiyanın prezidenti Adil Əliyev belə yarışların hər il keçirildiyini qeyd edib. "Gənclər arasında belə tədbirlərin keçirilməsində əsas məqsəd idmanın inkişafına dəstək olmaq, kütləviliyi təmin etmək, xüsusilə, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların pis vərdişlərdən, xüsusilə də narkomaniyadan uzaq olmalarına dəstək verməkdən ibarətdir. Bu gün gənclər arasında kikboksinqə böyük maraq yaranıb. Azərbaycan Kikboksinq Federasiyası ölkənin idman həyatında fəal rol oynayır”, - deyə Adil Əliyev əlavə edib.

XXII Azərbaycan çempionatının qalibləri fevralın 15-də müəyyənləşəcək, kadetlər arasında birincilik isə fevralın 16-dan 17-dək davam edəcək.