Titullu kikboksinqçimiz bu gün iki final görüşünə çıxacaq

Titullu kikboksinqçimiz bu gün iki final görüşünə çıxacaq

Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə böyüklərin Avropa çempionatında 2-ci yarış gününə yekun vurulub. Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, kikboksçularımız günü uğurla başa vurublar. Veteranların mübarizəsində gücünü sınayan Eduard Məmmədov kikboksinqin 2 kateqoriyası üzrə finala vəsiqə qazanıb. Titullu kikboksinqçimiz 63 kq çəki dərəcəsində "Light contact"da Çətin Korkmaz (Türkiyə) və Vladimir Dudinskiyə (Slovakiya) qalib gəlib. “Ağ canavar” "Kick light"də də Vladimir Dudinskiyə qalib gələrək həlledici görüşdə iştirak etmək hüququ əldə edib. İdmançımız hər 2 final oyununu bu gün keçirəcək.