Azərbaycanda ilk dəfə NGF peşəkar MMA və kikboksinq gecəsi

Azərbaycanda ilk dəfə NGF peşəkar MMA və kikboksinq gecəsi

Azərbaycan Boks Federasiyasının arenasında “Zabit Samedov Fight Club” tərəfindən ölkəmizdə ilk dəfə “New Generation Fighting - NFG” (Yeni Nəsil Doyüşü) peşəkar MMA və kikboksinq gecəsi keçirilib.

Tədbirin açılış mərasimində Zabit Səmədov qonaqları yeni layihə haqqında məlumatlandırıb və döyüşçülərə uğurlar arzu edib.

Yarışda 11 döyüş keçirilib. Mübariz Səmədov (kikboksinq), Vahid Ələkbərov (MMA), Taleh Əliyev (kikboksinq), Elxan Həsənov, Fərid Mirzabekov, Fuad Haşımi, Tural Üseynov (hər üçü MMA), Cabbar Mustafayev (kikboksinq), Elşən Yusubov (MMA) və Turan Əhmədov (MMA) döyüşlərini qələbə ilə başa vurublar. Ruslan Nağıyev və Mavlon Kakxorov (kikboksinq) arasında keçirilən döyüş isə heç-heçə başa çatıb.