Elçin Əsədov: "Turun son günündə Bakıda podiuma çıxaraq xalqımızı sevindirməyə çalışacağıq"

Elçin Əsədov: "Turun son günündə Bakıda podiuma çıxaraq xalqımızı sevindirməyə çalışacağıq"

"Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turuna start verilib. Olimpnews.az saytıının məlumatına görə, yarışdan öncə Azərbaycanın "Synergy Baku” komandasının üzvü Elçin Əsədov jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, komandası beynəlxalq velotura yüksək səviyyədə hazırlaşıb: "Yarış Vətənimizdə keçirilir. Bütün gücümüzdən istifadə edib, yüksək nəticə qazanmağa çalışacağıq. Bundan öncə Xorvatiyada eyni kateqoriyada yarış keçirildi. Həmin yarışda həm komanda, həm də klublar arasında qalib olduq. Bu nəticədə də göstərir ki, "Tour d'Azerbaidjan-2016"ya tam hazırıq. Yarışda dünyanın ən güclü komandaları mübarizə aparır. Buna baxmayaraq, turun son günündə Bakıda podiuma çıxaraq xalqımızı sevindirməyə çalışacağıq".

Qeyd edək ki, yarışda ümumilikdə 14 pro-kontinental, 6 kontinental və 1 yığma komanda mübarizə aparır. Ayın 8-dək davam edəcək beynəlxalq veloturda Azərbaycan, Estoniya, Almaniya, İsveçrə, ABŞ, Rusiya, İtaliya, Avstriya, Avstraliya, Malaziya, İsrail, Yaponiya, Latviya, Qazaxıstan, Slovakiya, BƏƏ, Küveyt və Portuqaliya komandaları iştirak edirlər.