“Tour d'Azerbaidjan-2016”: ikinci mərhələ - ANONS

“Tour d'Azerbaidjan-2016”: ikinci mərhələ - ANONS

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016” veloyürüşünün ikinci mərhələsi başlayacaq.

Olimpnews.az saytının məlumatına görə, saat 10:30-da Veloparkdan start götürən iştirakçılar 186,5 kilometr məsafə qət edəcək və İsmayıllıda finiş xəttini keçəcəklər.

Məlumat üçün qeyd edək ki, iştirakçılar 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ-Pirqulu (115,3 km), sonuncu mərhələdə isə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 kilometr məsafə qət edəcəklər.