Kirill Pozdnyakov: “Yenidən “Synergy Baku”ya qayıtdığım üçün çox şadam”

Kirill Pozdnyakov: “Yenidən “Synergy Baku”ya qayıtdığım üçün çox şadam”

"Dünən çox yaxşı mərhələ keçdik. Maksim ikinci mərhələnin qalibi oldu. Ona çox kömək etdik”. Olimpnews.az sayıtnın məlumatına görə, bunu "Synergy Baku” klubunun velosipedçisi Kirill Pozdnyakov jurnalistlərə açıqlamasında bildirdi.

Kirill Pozdnyakov gələcəkdə daha yüksək səviyyəli komandaya çevriləcəyini vurəuladı: "Mənə elə gəlir ki, bugünkü yarışda da bizdə alınacaq. Yürüşə nəzarət edə biləcəyik. Əlimizdən gələni edəcəyik ki, Averin dünənki uğurunu təkrarlasın. Görək, o, yarışı necə davam etdirəcək. Komandaya qayıtdıqdan sonra yüksəliş hiss etdim. Heyətdə gənc və perspektivli velosipedçilər var. Hesab edirəm ki, yarım ildən sonra daha yüksək səviyyəli komandaya çevriləcəyik. Ümid edirəm ki, hər zaman belə sevindirə biləcəyik”.

Rahib Səmədov,
Qəbələ