"4-cü mərhələdə ən ciddi rəqiblərim Müqerli və Eybeqer olacaq"

"4-cü mərhələdə ən ciddi rəqiblərim Müqerli və Eybeqer olacaq"

"Komandamızla xəritəyə baxanda başa düşdük ki, 3-cü mərhələ çox çətin keçəcək. Ancaq hər şey qaydasında getdi". Olimpnews.az saytının məlumatına görə, bu sözləri İsrailin "Cycling Academy Team" komandasının üzvü Gilyem Boivin deyib.

Ümumi təsnifatda liderliyini davam etdirən velosipedçi 4-cü mərhələdə ən ciddi rəqiblərinin adlarını açıqlayıb: "Finiş çox maraqlı oldu. Heç vaxt belə təəssüratım olmamışdı. Çox qarışıq və maraqlı marşrut idi. Çalışacam ki, sonadək liderlik köynəyini özümdə saxlayım. Amma bunu bacaracağıma əmin deyiləm. Dağ mərhələsində o qədər də yaxşı çıxış etmirəm. Ola bilsin, fərqli taktikadan yararlandıq. Son 800 metrdə əminlik hissi vardı ki, hər şey qaydasında gedir. Heç bir təhlükə görmürdük. Güclü velosipedçi üçün 6-7 komanda yoldaşının dəstək verib-verməməsinin önəmi yoxdur. Güclü həmişə qalib gəlir. 4-cü mərhələdə ən ciddi rəqiblərim Müqerli və Eybeqer olacaq. Ancaq komandamızın taktikasını indidən açıqlamaq fikrində deyiləm”.

Rahib Səmədov,
Qəbələ