"Müqerliyə növbəti dəfə uduzmaq ağırdır"

"Müqerliyə növbəti dəfə uduzmaq ağırdır"

"Yoxuşlu yarışda mübarizə aparmaq çox çətindir”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri "Felbermayr” komandasının üzvü Markus Eybeqer deyib.

"Tour d’Azerbaijan-2016” veloyürüşünün 3-cü mərhələsində 2-ci yeri tutan "Synergy Baku”nun keçmiş velosipedçisi klubumuz haqqında da fikirlərini qeyd edib: "Müqerliyə növbəti dəfə uduzmaq ağırdır. Ancaq hər zaman güclü qalib gəlir. "Synerjy Baku” ardıcıl 2 mərhələnin qələbə qazandı. Bu da keçmiş komandamın gücündən xəbər verir. Azərbaycan çox qısa müddətə velosipedçisinə Olimpiya lisenziyası qazandıra bilibsə, bu, ölkənizdəki idmançıların yüksək perspektivindən xəbər verir. Keçmiş komandamın da doğru yolda olduğunu düşünürəm”.