Markus Eybeqer: "Güman edirəm ki, sabahkı yarış olduqca maraqlı olacaq"

Markus Eybeqer: "Güman edirəm ki, sabahkı yarış olduqca maraqlı olacaq"

"Liderliyi qorumaq çətin oldu”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri "Felbermayr” komandasının üzvü Markus Eybeqer deyib.

"Tour d’Azerbaijan-2016” veloyürüşünün lideri və "Synergy Baku”nun keçmiş velosipedçisi sabahkı yarışın daha maraqlı olacağını vurğudı: "Son 10 kilometrdə komandamızın 2 üzvü pelotondan geridə qaldı. Çoxlu ötmələr oldu. Daim mübarizə gedirdi. Güman edirəm ki, sabahkı yarış olduqca maraqlı olacaq. Marşrutun bir hissəsində daşlı yoldan keçməliyik. Cəmi 1 yoxuş var. Bizi gərgin mübarizə gözləyir”.

Rahib Səmədov,
Şamaxı, Pirqulu