Respublika Velotrekində görüş keçirilib

Respublika Velotrekində görüş keçirilib



Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbər heyəti arasında Respublika Velotrekində görüş keçirilib.

Görüşdə federasiya ilə ali təhsil ocağı arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Akademiyanın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə və beynəlxalq əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayeva təhsil müəssisəsinin rektoru Fuad Hacıyevin tapşırığı əsasında ixtisaslı kadrların yetişdirilməsi üçün idman federasiyaları ilə əməkdaşlıq prosesinə start verildiyini bildiriblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov görüləcək işlərin böyük səmərə verəcəyindən əminliyini bildirib və qonaqları yenidən qurulmuş Respublika Velotrekində yaradılan şəraitlə tanış edib.