Olimpiya növləri üzrə Azərbaycan çempionatı davam edir

Olimpiya növləri üzrə Azərbaycan çempionatı davam edir



Beynəlxalq Velosipedçilər İttifaqının milli çempionatlar haqqında reqlamentinə uyğun olaraq, Azərbaycan Velosiped İdmanı Federasiyasının Olimpiya növləri üzrə müxtəlif yaş qrupları arasında ölkə çempionatı davam edir.  Gənc velosipedçilər Xızıda 132 km məsafəyə qrup ötüşməsində mübarizə aparıblar.

"Olimpnews.az” saytının məlumatına görə, məsafəni hamıdan tez qət edən 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçisi Mikayıl Səfərli 4 saat, 3 dəqiqə, 31 saniyə göstərici ilə 1-ci yeri tutub. "Lokomotiv" klubunun üzvü Kərim Şirəliyev çempiona 3 saniyə uduzmaqla 2-ci olub. İlk 3-lüyü isə 8 saylı Olimpiya İdman Məktəbinin digər velosipedçisi Maksim Naperstkov tamamlayıb - 4 saat, 4 dəqiqə.

Qeyd edək ki, Olimpiya növləri üzrə Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən tərtib olunan idmançıların reytinq siyahısında öz əksini tapır.


Gənclər arasında qrup ötüşməsi üzrə Azərbaycan çempionatı

132 km

1. Mikayıl Səfərli (8OEQİUGM) - 04:03:31
2. Kərim Şirəliyev (Lokomotiv) - 04:03:34
3. Maksim Naperstkov (8OEQİUGM) - 04:04:00