Quanabar körfəzində bakteriya aşkar edilib

Quanabar körfəzində bakteriya aşkar edilib



Braziliya dövlət laboratoriyasının son tədqiqatları Rio-de-Janeyro şəhərinin 5 çimərliyində və Quanabar körfəzinə tökülən çayda "sulerbakteriya” olduğunu aşkar edib.
Amerika alimlərinin bildirdiyinə görə, bu bakteriyalar yalnız xəstə mühitdə özünü büruzə verir. Bakteriyanın dəniz sularına qarışmasının səbəbini alimlər keyfiyyətsiz kanalzasiya sistemində və sahildə yerləşmiş saysız-hesabsız klinikaların dəniz sularına axıtdığı tullantılarda görürlər.
Tədqiqatlar göstərir ki, "superbakteriya” çətin müalicə olunan böyrək xəstəliklərinə, mədə-bağırsaq sisteminin pozulmasına, eləcə də ciyərlərin infeksiyası, meningitə səbəb ola bilər. İmuniteti zəif olanlar üçün bu bakteriya çox təhlükəlidir.
Məlumat üçün bildirək ki, Quanabara körfəzində və eləcə də çimərliklərdə Olimpiya Oyunları zamanı yelkən idmanı, serfinq, Kopabakanda isə su triatlonu yarışları keçiriləcək.