Argentina futbol yığması Rio-2016-da iştirak etməyəcək

Argentina futbol yığması Rio-2016-da iştirak etməyəcək



Argentina futbol yığması Rio-2016 Yay Olimpiadasında iştirak etməyəcək. Buna səbəb Argentina Futbol Federasiyasının (AFF) maliyyə problemləri ilə üzləşməsidir.

"Olimpnews.az” xəbər verir ki, bu barədə məlumatı Argentina Olimpiya Komitəsinin (AOK) prezidenti Herardo Verteyn verib.
Futbol həvəskarları çox güman ki, Argentina millisini Rio-2016 Yay Olimpiadasında görmək imkanından məhrum olacaqlar. İkiqat Olimpiya və ikiqat dünya çempionu olan komandanın dördilliyin idman tədbirində iştirak məsələsi sual altındadır. Buna səbəb AFF-nın müflis olmasıdır.

"Biz artıq 20 aydır ki, federasiya ilə əlaqə saxlamırıq. Maliyyə problemlərini həll etmək üçün nəsə etmək lazımdır. AFF-in komandanı olimpiadaya hazırlamaq və göndərmək üçün heç bir vəsaiti yoxdur. Millinin Rio-2016 Olimpiya Oyunlarında iştirak edib etməməsi həll olunamamış qalır”, - deyə Argentina Olimpiya Komitəsinin prezidenti Herardo Verteyn bildirib.
Xatırladaq ki, adı maxinasiya işlərində hallandırılan AFF hazırda FİFA-nın ciddi nəzarəti altındadır. Mütəxəssislərin əksəriyyəti hesab edir ki, komandanın baş məşqçisinin və kapitan Leonel Messi də daxil olmaqla lider futbolçuların millini tərk etməsi məhz federasiya rəhbərliyindəki böhran vəziyyətlə izah olunur.

Argentina millisini olimpiadada iştirak etməyəcəyi təqdirdə Uruqvay komandası əvəz edəcək.