Arbitraj Məhkəməsi Şarapovanı məhrum edib

Arbitraj Məhkəməsi Şarapovanı məhrum edib



İdman Arbitraj Məhkəməsi Mariya Şarapovanın iddiası üzrə işə yalnız bu ilin sentyabr ayının ortalarında baxa biləcək. Xatırladaq ki, rusiyalı tennisçi meldoniumdan istifadə etdiyi üçün Beynəlxalq Tennis Federasiyası tərəfindən iki illiyə diskvalifikasiya edilib.
Beləliklə, M.Şarapova avqustun 5-də Rio-de-Janeyroda başlayacaq Yay Olimpiya Oyunlarında iştirak etmək şansını itirib.
Əvvəllər isə iyunun 14-də təqdim edilən apelyasiya şikayətinə iyulun 18-dən gec olmayaraq baxılmayacağı deyilirdi.