Biletlərin 70 faizi satılıb

Biletlərin 70 faizi satılıb



Rio-2016 Yay Olimpiya Oyunlarına biletlərin 70 faizi artıq satılıb.

Bu barədə Agence France-Presse agentliyi xəbər verib.
Braziliyada ilk satış məntəqələri iyunun 20-dən fəaliyyət göstərməyə başlayıb. Əvvəlcə braziliyalılara biletləri yalnız internet vasitəsilə əldə etmək imkanı yaradılmışdı. Vətəndaşlığından asılı olmayaraq hər bir kəs Rio-2016 Olimpiadasını izləmək üçün kassaların xidmətindən istifadə edə bilər. Hazırda biletlərin 1,7 milyonu hələ satılmamış qalır.

Xatırladaq ki, Rio Olimpiadası bu il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.