“Media kuboku” yarışı keçirilib

“Media kuboku” yarışı keçirilib



22 İyul- Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası növbəti "Media Kuboku" yarışı təşkil edib. Ənənəvi turnirdə 30-dək jurnalist iştirak edib.

İştirakçılar əvvəlcə təsnifat mərhələsində yarışıblar. Sonra yarımfinala vəsiqə qazanan 12 velosipedçi müəyyənləşib. Bu mərhələdə onlar hər birində 6 nəfər olmaqla iki qrupda mübarizə aparıblar.
Finala vəsiqə qazanan 6 nəfər arasında isə ən yüksək göstəriciyə "Space” televiziyasının əməkdaşı Fuad Atakişiyev imza ataraq turnirin qalibi adını qazanıb. Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü Məhəmməd İsmayılov ikinci, "AAAF Media”nın təmsilçisi Vüsal Yalçınoğlu üçüncü olublar.
Qadınlar arasında ilk iki yeri "CBC-Sport” kanalının nümayəndələri tutublar. Vəfa Ağabalayeva birinci, Leyla Abdullayeva ikinci olub. Üçüncü yerə isə ATV kanalının əməkdaşı Xəyalə Məmmədova layiq görülüb.

Qalib və mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası, "Coca-Cola” şirkəti, "Velolider” velosiped mağazası və "Astaraçay” tərəfindən qiymətli hədiyyələrlə təltif ediliblər.