Rusiya yığması Rio-2016-dan kənarda qalacaq

Rusiya yığması Rio-2016-dan kənarda qalacaq



Dopinqlə bağlı ciddi nöqsanlara görə 387 idmançıdan ibarət Rusiya yığması tam heyətlə Rio-de-Janeyro Olimpiadasından kənarlaşdırılacaq. 

"Olimpnews.az” Rusiyanın "Gazeta.ru" nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanın həyata keçirdiyi "dövlət dopinq proqramına" görə ölkə yığmasının bütün heyətini cəzalandırmağa qərar verib.
Mənbənin məlumatına görə, BOK-da Rusiyanı həmçinin Cənubi Pxençxan-2018 Qış Olimpiya Oyunlarından da kənarlaşdırmaq niyyətindədirlər.

"BOK bununla dopinqin bütün idmana ağır zərbə olduğunu nümayiş etdirmək istəyir", - deyə mənbə bildirib.
Rusiya Olimpiya Komitəsi bundan əvvəl ölkə yığmasının tərkibinin təsdiqlənməsi üçün idmançıların tam siyahısını Rio-2016 Olimpiya Oyunlarının Təşkilat Komitəsinə göndərib.

BOK İcraiyyə Komitəsi bu gün Rusiya millisinin Rio-2016 Olimpiya Oyunlarında iştirakına dair qərar verəcək.

Rio-2016 Yay Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək.