Çingiz Hüseynzadə: “Rio-2016-da medalların sayı London Olimpiadasıkındandan artıq olacaq”

Çingiz Hüseynzadə: “Rio-2016-da medalların sayı London Olimpiadasıkındandan artıq olacaq”



Son dövrdə Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük uğurlar qazanırlar. Xüsusilə Olimpiya Oyunlarında nəticələrimiz get-gedə yaxşılaşır. Tezliklə Rio-de-Janeyroda Olimpiya Oyunları start götürəcək. İnanırıq ki, idmançılarımız bu XXX Olimpiadada da uğur qazanacaqlar.

Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açiqlamasında deyib.

Ç.Hüseynzadə bildirib: Rio-2016-da əsasən, güləş, boks, cüdo, taekvondo və gimnastika üzrə medallar qazanacağımıza ümid edirik. Biz velosipedçilərimizdən də nailiyyət gözləyirik. Əminəm ki, həm keyfiyyət və həm də kəmiyyət etibarı ilə medalların sayı London-2012 Olimpiadasında olduğundan artıq olacaq”.