Reqbi yenidən Olimpiya Oyunlarının proqramına daxil edilib

Reqbi yenidən Olimpiya Oyunlarının proqramına daxil edilib



Ilk dəfə Paris-1924 Yay Olimpiya Oyunlarında nümayiş etdirilən reqbi idman növü yenidən Rio-2016 Olimpiadasının proqramına daxil edilib.

"Olimpnews.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, reqbi-7 idman növünü Rio Olimpiya Oyunlarına daxil etmək barədə qərar 2009-cu ildə keçirilən iclasında verilib. Xatırladaq ki, reqbi indiyədək 4 dəfə-Paris-1900, London-1908, Antverpen-1920 və Paris-1924 Olimpiya Oyunlarının proqramlarına daxil edilib və vətəni Şotlandiyadır.

Sonuncu dəfə 1924-cü il Paris Olimpiya Oyunlarında nümayiş etdirilən klassik reqbi yarışları yalnız kişilər arasında təşkil edilib və çempion adını ABŞ komandası qazanıb.
Reqbi hazırda dünyanın təxminən 100-dən çox ölkəsində yayılıb. Reqbi iki dövrə olaraq oynanılan, irəliyə ötürmənin qadağan olduğu, topu əllə rəqibin qala xəttinin arxasına daşımağı və aparmağı hədəfləyən sərt bir idman növüdür. Reqbinin ən mühüm qaydası əl ilə irəliyə pas verilməməsidir. Futboldan fərqli olaraq reqbi oyununda hücumçular daha ağırdır, toqquşmalarda və daha ağır mübarizələrdə forvet olarkən geri oynayan reqbi oyunçuları diqqəti daha çox qaçmağa, qol vurmağa və xal yığmağa yönəldirlər. Reqbi oyunu Beynəlxalq Reqbi Birliyi və ya Beynəlxalq Reqbi Liqası qaydaları ilə oynanır.
Rio-2016 Yay Olimpiya Oyunlarında reqbi-7 yarışları avqustun 6-11-də keçiriləcək. Yarışlar Rio-de-Janeyronun Deodoro rayonundakı stadionunda təşkil ediləcək.
Tərkibində birində on beş nəfər olan və iki komandanın qarşılaşdığı reqbinin yeddi nəfərlik komandalarla oynanılan, daha az müddət davam edən və sürətli növü - Reqbi-7 yarışları (hər hissə yeddi dəqiqə olur) Rioda təşkil olunacaq. Rio Olimpiya Oyunlarında bu növdə qadınlarda və kişilərdə hərəsində on iki komanda olmaqla mübarizə aparılacaq.
Klassik reqbini bir növü olan reqbi-7 yarışlarında hər komandada 7 nəfər (3 hücumçu və 4 müdafiəçi) olur. Yarış 2 taymdan ibarətdir və 7 dəqiqə çəkir.