Oleq Stepko Rio-2016-nın finalına vəsiqə qazanıb

Oleq Stepko Rio-2016-nın finalına vəsiqə qazanıb



Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Olimpiadaya avqustun 5-də start verilib.

"Olimpnews.az” xəbər verir ki, avqustun 7-də Rio Olimpic Arenada təşkil olunan idman gimnastikası üzrə kişilər arasında çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb.Ölkəmizi bu yarışlarda Oleq Stepko və Petro Paxnyuk təmsil ediblər. Gimnastımız Oleq Stepko 6 hərəkətin cəmində 86.208 xal toplayaraq finalda iştirak etmək hüququ qazanıb.

O.Stepko 6 hərəkətin cəmində 86.208 xal, P.Paxnyuk isə 84.215 xal toplayıblar.