Hörmətli Çingiz müəllim,
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən daxil olmuş məlumata əsasən bildiririk ki, Braziliya Senatında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti senator Kristovam Buarke tərəfindən Rio-2016 Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdiyi nailiyyətlər ilə əlaqədar səfirliyə təbrik məktubu ünvanlanmışdır.
Məktubda K.Buarke rəhbərlik etdiyi dostluq qrupunun adından Rio-2016 Olimpiya Oyunlarında ölkəmizi 18 medal qazanması münasibəti ilə təbrik etmiş və Azərbaycanın əldə etdiyi mükafatların beynəlxalq yarışlarda ölkəmizin fəal iştirakını nümayiş etdirdiyini vurğulamışdır.
Senator Azərbaycanın idmançılarını təbrik edərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim güclənməsini arzu etmişdir.
Hörmətlə, Xələf Xələfov
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirinin müavini