Bu gün Slovakiyanın paytaxtı Bratislavada Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Olimpnews.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-nin İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə iştirak edəcək.
İcraiyyə Komitəsinin iclası çərçivəsində AOK-un baş katibinin və xəzinədarın hesabatları dinləniləcək. Tədbir çərçivəsində komissiyaların iclaslarının keçirilməsi də nəzərdə tutulur.
Avropa Oyunları və Yeniyetmələrin Avropa Olimpiya Festivalı hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. İclasda 129-cu Beynəlxalq Olimpiya Komitəsinin seminarı və Rio-2016 Yay Olimpiya Oyunları da müzakirə olunacaq.