Bakı-2017 və BP şirkəti arasında tərəfdaşlıq sazişi imzalanıb

Bakı-2017 və BP şirkəti arasında tərəfdaşlıq sazişi imzalanıb



Fevralın 6-da BP şirkəti ilə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb.

Sazişi gənclər və idman naziri Azad Rəhimov və BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.
Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək verməklə bağlı öhdəliyinin bir hissəsidir. Sazişə əsasən, BP "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla yanaşı, oyunlara və sonrakı yarışlara hazırlıq keçən 7 milli idman elçisinə, eləcə də könüllülərə dəstəyini göstərəcək.