Kikboksinq üzrə VIII Heydər Əliyev Kuboku keçirilcək

Kikboksinq üzrə VIII Heydər Əliyev Kuboku keçirilcək



Martın 2-də VIII Heydər Əliyev Kuboku yarışı ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbirdə "WAKO ASIA”nın prezidenti Nasser Nassiri, hər iki ölkənin kikboksinq federasiyalarının rəsmilərinin, həmçinin komandaların baş məşqçilərinin və idmançılar iştirakı ediblər. 

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Güloğlan Cabbarov bildirib ki, ənənəvi keçirilən yarış dünyanın müxtəlif ölkələrində də təşkil edilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda Azərbaycan və İran idmançıları üz-üzə gələcəklər.
Bakıda olmaqdan məmnunluğunu diqqətə çatdıran N.Nassiri turnirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq deyib: "Bu turnir təcrübə baxımından da əhəmiyyətlidir. Hər iki ölkənin idmançıları və müvafiq federasiyaları bir-birinin təcrübəsindən bəhrələnə bilərlər. Sabahkı yarışın çox maraqlı keçəcəyinə əminəm. Bəzi idmançılarımız özlərini qorumaq üçün ayaq qoruyucusu ilə döyüşəcəklər. Bu da onların gələn ay Asiya çempionatında iştirakı ilə əlaqədardır”.
AKF-in digər vitse-prezidenti Səbuhi Rəcəb deyib belə yoxlama döyüşlərində əsas məqsəd iki ölkə arasında dostluq münasibətlərinin inkişafına töhfə verməkdir.

Yarış martın 3-də saat 18:00-da başlayacaq. Azərbaycan kikboksçularından lou-kikdə Elşən Qəniyev (63,5 kq) İraj Muradi, Ruslan Musayev (67 kq) Həmid Amni, Rəhim Əliyev (71 kq) Əli Bani Əsədi və Alışan Aslanlı (75 kq) Seyid Əmiri ilə qarşılaşacaq.
K-1 yarışlarında isə Ramal Aslanov (71 kq) Həmid Asli, Ehtiram Rzayev (81 kq) Abufazil Qudarzi və Orxan Məlikov (86 kq) isə Omid Nüsrəti ilə döyüşəcək.