Təmsilçilərimiz Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında

Təmsilçilərimiz Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında
Martın 13-də Avstriyanın Qraz şəhərində Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları start götürüb.

Olimpnews.az saytının məlumatına görə, mötəbər yarışda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin 16 idmançıdan ibarət yığma komandası da iştirak edir. Komandamızın tərkibi Bakı şəhəri Xəzər rayonu 4, 12 saylı xüsusi internat və Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəblərinin idmançılarından ibarətdir.

Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarına martın 25-də yekun vurulacaq.