İdmanın saatı

İdmanın saatı





Mütəxəssislərin fikrinə görə, idman vasitəsilə müxtəlif problemlərdən xilas olmaq mümkündür. Ancaq bunun üçün problemə uyğun olaraq idmanın saatını düzgün müəyyənləşdirmək vacibdir. Çünki müxtəlif saatlarda edilən idmanın orqanizmə təsiri fərqli olur.

İdeal çəki

İdman etməyinizin səbəbi arıqlamaq və ya ideal çəkidə qalmaqdırsa, onda mütləq səhər saatlarını seçin. Səhər yeməyindən qabaq edilən idman orqanizmin gün ərzində daha çox kalori xərcləməyinə kömək edəcək.

Kökəlmək və ya əzələ yığmaq

İdmana müraciət etməyinizin səbəbi daha güclü, qüvvətli, əzələli olmaqdırsa, deməli, sizin üçün ən uyğun vaxt axşam saatlarıdır. Mütəxəssislər, xüsusilə də, axşam yeməyindən sonra edilən idmanın bu baxımdan yararlı olduğunu iddia edir.

Yuxu problemi

Yuxu problemindən əziyyət çəkirsinizsə, mütləq idmana başlamalısınız.
Yatmazdan əvvəl 15-30 dəqiqə arası yüngül idman hərəkətləri etsəniz, asanlıqla yuxuya gedəcəksiniz. Yuxudan öncə edilən yüngül idman hərəkətləri yuxunun keyfiyyətini artırır, səhərlər daha gümrah oyanmağa yardım edir.

Stresslə mübarizə

Stress bir çox xəstəliyin əsas səbəblərindən biridir. Stresslə mübarizə aparmaq üçün idman etmək lazımdır. Önəmli bir iclasdan və ya iş görüşməsindən öncə yüngül idman hərəkətləri edə bilərsiniz. Beləliklə, stressdən və gərginlikdən xilas olacaqsınız.