Ölkəmiz daha bir mötəbər yarışa – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu yarışın ölkəmizdə keçirilməsi İslam ölkələrinin həmrəyliyini daha da gücləndirəcək.
Bu sözləri olimpnews.az”saytına açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev deyib: " Ölkəmiz daha bir mötəbər yarışa – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu yarışın ölkəmizdə keçirilməsi İslam ölkələrinin həmrəyliyini daha da gücləndirəcək. Hesab edirəm ki, bu vaxtında və düzgün keçirilən yarışdır. Oyunlar zamanı İslam ölkələri öz həyat tərzlərini, mədəniyyətlərini, dostluq və həmrəyliyini bütün dünyaya nümayiş etdirmək imkanı qazanacaq. Dünyada gedən prosesləri nəzərə alsaq, bugünkü dövrdə İslam dövlətləri həmrəyliklərini artırmalıdırlar.
İslam Həmrəyliyi Oyunlarının fəlsəfəsi Olimpiya fəlsəfəsindən fəqrlənmir.Yarışların 2017-ci ildə Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci il ölkəmizdə "İslam həmrəyliyi ili” elan edilib. Oyunların təşkili məhz bu ilə təsadüf edir. Hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları I Avropa Oyunları kimi yüksək səviyyədə təşkil olunacaq.
Digər idman növlərində olduğu kimi, boksçularımızın da oyunlara hazırlığı yüksək səviyyədə gedir. Boksçularımız indiyə qədər keçirilən Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, I Avropa Oyunlarında yüksək nəticələr göstəriblər. Bu, bizə əsas verir ki, IV İslam Həmrəyliyi Oyunlarında da onlardan uğurlu nailiyyətlər gözləyək. İnanıram ki, boksçularımıza doğma divar amili də kömək edəcək. OyunlardaTürkiyə, Özbəkistan, Qazaxıstan, Mərakeş və İndoneziya kimi ölkələrin təmsilçiləri bokuscularımızın əsas rəqibləri sırasındadırlar. Ümidvaram ki, Azərbaycan komandası ümumilikdə ilk üçlükdə yer alacaq”.