Bakıda dünya çempionatı başlayır

Bakıda dünya çempionatı başlayır



Bu gün Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı başlayır. İyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi mübarizə aparacaq.
Ölkəmizi dünya çempionatında 8 idmançı ilə təmsil edəcək. "Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.