BMX yarışlarına sabah yekun vurulacaq

BMX yarışlarına sabah yekun vurulacaq





Bakıda BMX üzrə dünya çempionatı keçirilir.

"Olimpnews.az" xəbər verir ki, yarışlara mayın 5-də start verilib. Dünya çempionatında dünyanın 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır.
İndiyədək əldə olunan nəticələrə əsasən artıq 28 ölkənin velosipedçiləri mükafatçılar sırasında yer alıblar.
Medal sayına görə birinci yeri Niderland idmançıları tuturlar. Onlar 19 dəfə podiuma qalxıblar.
Mundialda 15 fransalı, 13 avstraliyalı, 9 braziliyalı və britaniyalı, 7 ABŞ, eyni sayda Latviya və Yeni Zelandiya velosipedçisi fərqlənməyi bacarıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda Estoniya, Venesuela, Danimarka, Çexiya, İtaliya və Almaniya velosipedçiləri Bakı mundialında ilk podium sevinci yaşayıblar.
Yarışlara sabah yekun vurulacaq.