Elit kateqoriyasında qaliblər müəyyənləşib

Elit kateqoriyasında qaliblər müəyyənləşib

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında elit kateqoriyasında qaliblər müəyyənləşib.
Qadınların yarışında Niderland idmançıları ilk üç pillədə yer alıblar. Laura Smulders 35.690 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Merel Smulders gümüş, Cudi Baau isə bürünc medala sahib olublar.
Kişilərin mübarizəsində isə fransalı velosipedçilər fəxri kürsünün ilk iki pilləsinə qalxıblar. Fotofinişə əsasən, 31.426 saniyə nəticə ilə Silvain Andre birinci olub. Onun komanda yoldaşı Joris Daudet ikinci pillədə qərarlaşıb. İlk üçlüyü Braziliya idmançısı Anderson Ezequiel de Souza Filho tamamlayıb.
Qeud edək ki, dünya çempionatında 43 ölkədən 1500-dək idmançı birincilik uğrunda mübarizə aparıb.