UGİM-lərin müəllimləri üçün təşkil edilən kurslar yekunlaşıb

UGİM-lərin müəllimləri üçün təşkil edilən kurslar yekunlaşıb


Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı və Beynəlxlaq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi fondunun dəstəyi ilə keçirilən "İdman Adminastratorluğu” kurslarına yekun vurulub.
Kursun əsas məqsədi BOK-un Olimpiya Həmrəyliyi Fonduna əsasən iştirakçılar arasında idman inzibatçılığı və tədbiqi mövzusunda bilikləri artırmaqdır. Tədbir müddətində iştirakçılar BOK, kommunikasiya, dopinq və onunla mübarizə, Olimpiya marketinqi, idarəetmə və digər mövzularda mühazirələrə qulaq asıb, fikir mübadiləsi aparıblar.
Təlimlərdə mühazirələri Mehman Kərimov, Anar Bağırov, Ceyhun Rəhmanov, Kənan Məhərrəmov, eləcə də, Azərbaycan Voleybol Federasiyasının şöbə müdiri Elnur Məmmədov, Bakı-2019 Təşkilat Komitəsinin üzvü Elçin Səfərov aparıblar.

Kürslarda iştirak edən Uşaq-Gənclər İdman Məktəbinin 20 nəfərə yaxın müəllimi iştirak edib. Xatırladaq ki, "İdman administratorluğu” kursları müəllimlər və idman mütəxəssislərin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaqdan, idmançılar üzərində düzgün metodika və təcrübənin istifadə edilməsindən Milli Olimpiya Komitəsi artıq 5-ci dəfədir ki, bu tipli kursları təşkil edir.