Dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşdi

Dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşdi

2020-ci ildə keçiriləcək sambo üzrə dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşib. Yarış Türkmənistanın paytaxtı Aşqabadda təşkil olunacaq. Qərar Beynəlxalq Sambo Federasiyasının (FİAS) Rusiyanın paytaxtı Moskvadakı İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Aşqabad şəhəri komitə üzvləri tərəfindən yekdilliklə seçilib. 
Qeyd edək ki, bu ilki dünya çempionatı noyabrın 7-11-də Cənubi Koreyanın Seul şəhərində olacaq. Daha öncə sambo idman növü Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən müvəqqəti tanınıb.