Zlatan İbrahimoviç 7 ildən sonra "Milan"da

Zlatan İbrahimoviç 7 ildən sonra "Milan"da
 
"Los Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviçin "Milan"a qayıdışı rəsmiləşib. 38 yaşlı hücumçu ilə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb. İtaliya mətbuatı İbrahimoviçin A seriyası təmsilçisində bu mövsüm 3 milyon avro qazanacağını yazıb. Qeyd edək ki, isveçli oyunçu bundan əvvəl 2010-2012-ci illərdə "Milan"da çıxış edib.