Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, cavab oyunlarının ilk oyun günündə dörd qarşılaşma təşkil olunacaq. Günün ilk matçı Portuqaliyada “Sportinq” və Norveçin “Budyo Qlimt” komandaları arasında keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək. Günün digər üç qarşılaşması isə gecə saat 00:00-da başlayacaq. İngiltərə təmsilçilərindən “Arsenal” Almaniyanın "Bayer”, “Çelsi” Fransanın PSJ, "Mançester Siti" isə İspaniyanın "Real Madrid" klubunu qəbul edəcək.

Qeyd edək ki, bu komandalar arasında ötən həftə keçirilən ilk oyunda "Budyo Qlimit" "Sportinq"ə 3:0, PSJ "Çelsi"yə 5:2, "Real" isə "Mançester Siti"yə 3:0 hesabı ilə məğlub olub. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi "Bayer" - "Arsenal" oyununda isə qalib müəyyənləşməyib - 1:1.