Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 finalın son iştirakçıları müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, Günün ilk oyununda İspaniyanın "Barselona" klubu doğma meydanda "Nyukasl"ı 7:2 hesabı ilə məğlub edib. Bu komndalar arasında ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. İki oyunun nəticəsinə görə, "Barselona" klubu 8:3 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. Türkiyənin “Qalatasaray” komandası isə səfərdə “Liverpul”un qonağı olub. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Aslanlar" "Enfild"də 4:0 hesablı məğlubiyyətlə üzləşib. Yekunda "Liverpul" klubu növbəti mərhələyə adını yazdırıb. Günün digər oyununda "Tottenhem" İngiltərədə "Atletiko"nu məğlub edib -3:2. Bu komandaların ilk oyununda madridlilər 5:2 hesablı qələbə qazandığından 1/4 finala yüksəlib. Paralel keçən digər oyunda isə "Bavariya" səfərdə 6:1 hesabı ilə məğlub etdiyi "Atalanta"a (İtaliya) Almaniyada böyuk hesabla qalib gəlib -4:1. İki oyunun nəticəsinə görə 10:2 hesabı ilə qalib gələn Almaniya nəhəngi 1/4 finala vəsiqəni təmin edib.
Qeyd edək ki, daha əvvəl PSJ (Fransa), "Real Madrid" (İspaniya), "Arsenal" (İngiltərə) və "Sportinq" (Portuqaliya) 1/4 finala yüksəliblər.


