Bu gün futbol üzrə Misli Premyer Liqasında XXV turun daha 2 oyunu keçiriləcək.
Günün ilk matçında “Karvan-Yevlax” “Zirə”ni qəbul edəcək. Oyunun start fiti saat 15:00-da səslənəcək. Qəsəbə təmsilçisi hazırda 39 xalla 5-ci, yevlaxlılar isə 8 xalla sonuncu - 12-ci pillədə yer alıb.
Günün digər oyununda isə lider “Sabah” öz meydanında “Sumqayıt”ı sınağa çəkəcək. Görüşə saat 19:15-də start veriləcək.
“Bayquşlar” 59 xalla turnir cədvəlinə başçılıq edir. 32 xalı olan “gənclik şəhəri” təmsilçisi isə 7-ci sırada yer alıb.


