Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu keçiriləcək.
Kişilərin yarışında "Azərreyl" "Xilasedici" ilə üz-üzə gələcək.
Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, saat 17:00-da start götürəcək.
Qadınların mübarizəsində iki matç baş tutacaq. "Azərreyl" "Gənclər"lə, "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar Azərbaycan Voleybol Federasiyasının idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.


