Yüksək Liqada mövsümün son turuna start verilir 

Yüksək Liqada mövsümün son turuna start verilir 

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında sonuncu turun oyunlarına start veriləcək.

Kişilərin yarışında XVIII turun iki oyunu keçiriləcək. 

"Neftçi" "Gənclər"lə, "Ordu" "Murov Az Terminal"la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.

Qadınların mübarizəsində "Murov Az Terminal" "Turan"ın qonağı olacaq. Görüş Tovuz Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.