"Onlayn şahmat oynamaqdan xoşum gəlmir"
BOK
26.04.2020, 14:38
Rusiyalı qrossmeyster Sergey Karyakin də digər həmkarları kimi karantin rejimindədir. 12 yaş 211 günlüyündə qrossmeyster normasını yerinə yetirərək Ginnesin rekordlar kitabına düşən şahmatçı "Sport-Ekspress" qəzetinin onlayn versiyasına müsahibə verib. Həmin müsahibədən ən maraqlı məqamları oxucularımıza təqdim edirik.
- Sergey yəqin ki, karantin dövrünü öz evində keçirirsən.
- Bəli. Ailəmlə birlikdə Podmoskovyadakı evimdəyəm. Karantin elan olunduqdan bu günə kimi, ətrafdan təcrid olmuşam. Həyət evində bu rejimi keçirmək bir qədər asandır. Hərdən həyətdə kabab bişirirəm. Təmiz havada oturub, dincəlirəm.
- Qonşularla əlaqə saxlayırsan?
- Xeyr. Risk etmirəm. Çunki divar qonşularımız bir müddət İtaliyadan qayıdiblar. Mən demirəm ki, onlarda virus var. Yoxlanışdan keçiblər. Heç bir qorxulu şey yoxdur. Sadəcə özümü və ailəmi siğortalayıram. Məsafə saxlamaq lazımdır, amma bir müddətlik. Ünsiyyətsiz həyat mümkün deyil.
- Belə bir şəraitdə şahmatla məşgul olmaq zövq verir?
- Əlbəttə, şahmat mənim işimdir. Karantindən əvvəl təlim-məşqlərdən qayıtmışdım. Bir az istirahət etmək istəyirdim. Karantin sayəsində buna nail oldum. Amma elə bil, çox istirahət edirəm. Qeyd edim, virus söhbəti ortaya çıxmasaydı, Soçidə komanda çempionatında yarışacaqdım. Sonra isə Azərbaycana, Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun memorialında iştirak edəcəkdim. Lakin koronavirus bütün planlarımın üzərindən xətt çəkdi.
- Şahmatı internetlə oynayırsan?
- Düzünü desəm, internetlə onlayn şahmat oynamaqdan xoşum gəlmir. Rəqibi görüb, onun həyəcanını hiss edib, məsuliyyətli olmaq şahmat da əsas şərtdir. Onlayn şahmat yarışlarında özümün nikim var. Hami bilir. Bunu zərurətdən yaratmışam. Bir da deyirəm canlı şahmatın yerini heç nə vermir.
- Rəqiblərindən xəbər var?
- Şahmat elitasının bütün nümayandələri hazırda evdə oturublar. Əlbəttə, əlaqə saxlayıram. Bir müddət əvvəl onlayn yarışda iştirak etdim. Orada Aleksandr Qrişuk, Şəhriyar Məmmədyarov, Lenyer Dominqes də var idi. Maraqlı yarış keçdi. Təsəvvür edin ki, 5 milyona qədər oyun partiyaları oldu. Bu heyrətamiz rəqəmdir.
- Film və seriallarla aran necədir?
- Hə, bax bu sualı gözləyirdim. Hər ikisi mənim həssas yerimdir. Hər zaman yeni filmləri kinoteatrda izləmişəm. Seriallara isə internetdə baxıram. Ən çox "Otel Orleon" serialını və "Centlmenlər" filmini sevirəm. Həmin filmə təxminən dörd dəfə baxmışam. Hər dəfə baxanda da yeniliklərlə rastlaşıram. Tezliklə pandemiya dövrünün başa çatmasını gözləyirəm. Bütün dünyada insanlara səbr və sağlamlıq diləyirəm.
Hazırladı: Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK