Bağda boks gecəsi​

Bağda boks gecəsi​

Britaniyalı promouter Eddi Hirn elit boksu ölkəyə qaytarmaq üçün qeyri-adi plan hazırlayıb.

"Daily Mail" xəbər verir ki, Hirn bu məqsədlə Brentvuddakı 15 hektarlıq bağında dünya çempionatı təşkil etmək istəyir.

Onun planına əsasən, iyuldan ardıcıl olaraq hər həftənin şənbə günü boks gecələri keçiriləcək.

Promouterin "Matchroom Fight Camp" adlandırdığı turnirin sonunda WBC üzrə ağır çəkidə britaniyalı Dillian Uayt və rusiyalı Aleksandr Povetkin üz-üzə gəlməlidir.